Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Real" (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib.
32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir. Ronaldonun proseslə əlaqədar artıq "Baker & McKenzie" beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, K.Ronaldo 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir.
Mediainfo.az