Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən "Heydər Əliyev kuboku-2017" beynəlxalq turniri başa çatıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.
Turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.
İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub.
Mükafatçıların tam siyahısını təqdim edirik:
46 kq
1. Maqsud Xasmetov (Azərbaycan-1)
2. Luka Kublaşvili (Gürcüstan)
3. Balaman Maksimov (Qırğızıstan)
3. Akiklbek Muxtarov (Qazaxıstan)
48 kq
1. Rüfət Fətullayev (Azərbaycan-1)
2. Avdey Çarenko (Rusiya)
3. Sənan Əhmədov (Azərbaycan-1)
3. Eltac Cəfərzadə (Azərbaycan-1)
50 kq
1. Amid İbodullayev (Özbəkistan)
2. Eldar Qoqlaşvili (Gürcüstan)
3. Kənan Abışov (Azərbaycan-1)
3. Kənan Səfiyev (Azərbaycan-2)
52 kq
1. Mamuka Abulzade (Gürcüstan)
2. Əzrək Bəbirov (Azərbaycan-1)
3. Əhməd Rzayev (Azərbaycan-2)
3. Biybaris Ceksen (Qazaxıstan)
54 kq
1. Aytcan Aşirxan (Qazaxıstan)
2. Ağasəlim Mustafazadə (Azərbaycan-1)
3. Rəşid Həsənov (Azərbaycan-1)
3. Hayrullo Alimatov (Özbəkistan)
57 kq
1. Elşən Cəbizadə (Azərbaycan-1)
2. Yavlonbek Yuldaşov (Özbəkistan)
3. Maksim Cubeylo (Ukrayna)
3. Qoqa Tsosonova (Gürcüstan)
60 kq
1. Nuradin Rustambek (Qırğızıstan)
2. Lado Lomaya (Gürcüstan)
3. Samir Nəsirov (Azərbaycan-1)
3. Yuri Zaxareyev (Ukrayna)
63 kq
1. Azamat Bektaş (Qazaxıstan)
2. İbrahim Cəfərzadə (Azərbaycan-1)
3. Səlim Səlimov (Azərbaycan-1)
3. Umar Kubaniçbek (Qırğızıstan)
66 kq
1. Rüfət Nəbiyev (Azərbaycan-1)
2. Mikola Kovalenko (Ukrayna)
3. Bekbolat Abdukerim (Qazaxıstan)
3. Dastan Onolbekov (Qırğızıstan)
70 kq
1. Erasil Yokpekov (Qazaxıstan)
2. Cavid Qurbanov (Azərbaycan-1)
3. Yusif Allahverdiyev (Azərbaycan-2)
3. Maksim Kofan (Ukrayna)
75 kq
1. Madiyar Rejepov (Özbəkistan)
2. David Kojian (Macarıstan)
3. Maksut Kuandik (Qazaxıstan)
3. Murad Allahverdiyev (Azərbaycan-1)
80 kq
1. Saqındık Tokalebay (Qazaxıstan)
2. İosif Çuniaşvili (Gürcüstan)
3. Cəsur Yuldaşev (Özbəkistan)
3. Petro Bandusyak (Ukrayna)
+80 kq
1. Şaxura Almatov (Özbəkistan)
2. Vüqar Səmədov (Azərbaycan-1)
3. Arnur Axmetcanov (Qazaxıstan)
3. Dmitro Borduq (Ukrayna)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































