"Barselona" Lionel Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə "Marca" yazıb.
Məlumata əsasən, müddəti 2021-ci və yaxud 2022-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə iyunun sonundan tez olmayaraq imzalanacaq. Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl İspan KİV-ləri klub rəhbərliyinin Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif etdiyini yazıb.
Argentinalının "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. 30 yaşlı L. Messi "Barselona"da 2003-cü ildən çıxış edir. Argentinalı oyunçu cari mövsümdə La Liqada 34 oyunda 37 qol vuraraq 4-cü dəfə "Qızıl buts" mükafatının sahibi olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































