Qadın voleybolçular arasında avrokubokların 2017/2018 mövsümündə Azərbaycanı təmsil edəcək klubun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkəmiz yeni ildə beynəlxalq arenada cəmi 1 komanda ilə mübarizə aparacaq.
Bu, Super Liqanın vitse-çempionu "Azərreyl"di. "Dəmiryolçular" "Çelenc Cup"da mübarizə aparmağı məqsədəuyğun sayıblar.
Çempionatın qalibi "Telekom" isə nəinki Çempionlar Liqasına, heç digər qitəmiqyaslı turnirlərə də qatılmayacaq. Komanda rəsmiləri bunu təsdiqləyiblər. Çempionatımızın digər mükafatçısı "Azəryol" isə daxili yarışla kifayətlənəcək.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında 2002/2003 mövsümündə "Azərreyl"lə debüt edib. Sonradan müəyyən fasilə yaransa da, "Rabitə" 2010/2011 mövsümündə qitənin ən nüfuzlu yarışında iştirak edib və həmin vaxtdan turnirdə mübarizə aparırdıq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































