"Beşiktaş" və "Konyaspor" komandaları arasındakı futbol üzrə Türkiyə Super Kuboku matçı avqustun 6-da Bakıda keçirilə bilər. "Report"un məlumatına görə, bu barədə "qara qartallar"ın prezidenti Fikrət Orman açıqlama verib.
F.Orman bildirib ki, bunu ona "Konyaspor"un prezidenti Ahmet Şan deyib: "Mən Şanı Türkiyə Kubokunu qazanmaları münasibətilə təbrik etdim. O isə Superkubok matçının Bakıda keçiriləcəyini bildirdi. Soruşdu ki, bundan xəbərin var? Xəbərsiz olduğumu bildirdim".
Ardıcıl ikinci mövsüm çempion olan "Beşiktaş"ın prezidentinin fikrincə, oyunun Bakıda təşkili çox yaxşı olardı. O, Azərbaycanda oynamaq istədiklərini əlavə edib.
Qeyd edək ki, Türkiyə Super Kuboku qarşılaşmalarının Bakıda keçiriləcəyinə dair iddialar əvvəlki illərdə də ortaya atılıb. Amma bu, heç vaxt gerçəkləşməyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































