Şahmatçımız Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb

Şahmatçımız Şəhriyar Məmmədyarov tarixi nailiyyətə imza atıb

FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5-ci pilləyə yüksəlib.

O, ölkə tarixində ilk dəfə 2800 reytinq xalı əldə edib. Hazırda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen (2832), ABŞ təmsilçisi Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808) və daha bir amerikalı Fabiano Karuanadan (2805) geri qalır. Əvəzində 32 yaşlı şahmatçı ermənistanlı Levon Aronyan (2793) və hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand (2786) kimi tanınmış şahmatçıları qabaqlayır.

Azərbaycanın digər təmsilçilərindən Teymur Rəcəbov 2724 xalla 28-ci, Arkadi Naydiç 2710 xalla 37-ci, Rauf Məmmədov 2689 xalla 58-ci, Eltac Səfərli isə 2656 xalla 97-cidir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az