UEFA avrokuboklarla bağlı daha bir yeniliyi gerçəkləşdirə bilər. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu oyunların keçirilmə günlərini dəyişmək variantını nəzərdən keçirir.
Adətən çərşənbə axşamı və çərşənbə günləri baş tutan qitənin ən nüfuzlu klub turnirinin oyunlarının şənbə və bazara salınması gündəmə gəlib. UEFA yaxın müddətdə məsələ ilə bağlı qərarını da açıqlamalıdı. Lakin gerçəkləşəcəyi halda, bu yenilik yalnız 1/4 final və yarımfinallara şamil olunacaq. Final görüşləri artıq neçə ildi şənbə günləri baş tutur.
Belə addımın atılmasının təşəbbüskarı "Real", "Barselona" və "Yuventus"du. Asiya və Amerika qitələrindəki yayımdan daha çox qazanmaq niyyəti güdən klubları istəyi reallaşsa, bu addım 2020/21 mövsümündə atılacaq. Bir sözlə, 2021-ci ilin 1/4 və 1/2 finalları yeni gündə baş tutması mümkündü.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































