Real"ın hücumçusu Kriştianu Ronaldo həbs oluna bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı ulduz vergidən yayınmaqda ittiham edilir.
İspaniyanın Vergi Xidməti onu 2011-2014-cü illər ərzində vergidən yayınmaqda günahlandırır. 32 yaşlı futbolçu Vircin adalarındakı "ofşor" hesablarından istifadə edib, nəticədə dövlət büdcəsinə 8 milyon avro ödənilməyib.
Bu qanun pozuntusunun necə qiymətləndiriləcəyi maraq doğurur. Məsələ burasındadı ki, Ronaldonun həmin addımı ya vergi cinayəti, ya da inzibati hüquq pozuntusu kimi dəyərləndiriləcək. İkinci hal qeydə alınsa, portuqaliyalı 8 milyon avronu ödəməli olacaq. Amma prokurorluq bunun hüquq pozuntusu olduğunu sübuta yetirərsə, futbolçu həmin məbləği ödəməklə yanaşı, 4 ay müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, "Barselona"nın futbolçusu Lionel Messi vergidən yayındığı üçün 21 ay müddətinə həbs cəzasına məruz qalıb. O, cəzanı təzminat ödəməklə qarşılayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































