"İslamiadada bu gün 116 medal qazanılıb. Medalların 44-ü məhz qadın idmançılara məxsusdur. Bu da qadınların cəmiyyətdə tamhüquqlu olduğunun göstəricisidir".
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı" adlı konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında hər zaman aktiv olublar. Müstəqillikdən sonra qadınların bu sahədəki rolu daha da artıb: "Əgər 1956-cı ildə ölkədə 65 min qadın idmanla məşğul olurdusa, 1965-ci ildə bu rəqəm iki dəfə artmışdı".
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal A.Al Nasser isə qeyd edib ki, Avropaya Azərbaycan qadınlarının uğurlarını göstərmək üçün IV İslam Həmrəyliyi Oyunlarının təşkili vacib addım idi: "Oyunlar zamanı da qadınların göstərdiyi nəticələr qaneedici səviyyədədir. Bu nümunələri daha da artırmağı və uğurları dünyaya çatdırmaq işimizi gələcəkdə də davam etdirəcəyik. Oyunlar ərəfəsində çoxlu sayda könüllü iştirak edirdi. Bu da ölkədə idmana gənclər tərəfindən olan marağın bariz nümunəsidir".
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































