Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb.
7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb.
10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.
İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.
Medal siyahısında Qazaxıstan 3-cüdü. Bu komanda Bakıdan 2 çempionluq və 3 "bürünc"lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandı. Bakı-2017-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.
Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.
Mediainfo.az
|
N |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|
1 |
AZƏRBAYCAN |
3 |
3 |
1 |
7 |
|
2 |
Özbəkistan |
3 |
0 |
2 |
5 |
|
3 |
Qazaxıstan |
2 |
0 |
3 |
5 |
|
4 |
1 |
1 |
2 |
4 |
|
|
5 |
Türkmənistan |
1 |
1 |
1 |
3 |
|
6 |
0 |
2 |
0 |
2 |
|
|
7 |
Mərakeş |
0 |
1 |
3 |
4 |
|
8-9 |
Misir |
0 |
1 |
1 |
2 |
|
|
Türkiyə |
0 |
1 |
1 |
2 |
|
10 |
İordaniya |
0 |
0 |
3 |
3 |
|
11-13 |
Əlcəzair |
0 |
0 |
1 |
1 |
|
|
Kamerun |
0 |
0 |
1 |
1 |
|
|
İran |
0 |
0 |
1 |
1 |
|
Cəmi |
|
10 |
10 |
20 |
40 |
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


