"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın "Yuventus" klubundan dəvət alıb.
Bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi əlaqə saxlayaraq, onun barəsində danışıb: "İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, "Yuventus"un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı "Yuventus"a hədiyyə edəcəyəm. Muzeyləti ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm".
"19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim" deyə R.Ağayev əlavə edib.
Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. (report)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































