Azərbaycanda məşhur futbol klubunun adı dəyişdirilir
18 İyun 13:12
Bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 84 kq çəki dərəcəsində qızıl medal qazanan karateçi Ayxan Mamayev söyləyib.
26 yaşlı idmançı bildirib ki, yarışın 1/4 finalında əlcəzairli Muad Aşaşa qarşı döyüşü daha çətin keçib. O, əsas hədəfinin Yay Olimiya Oyunlarında qalib gəlməkdən ibarət olduğunu vurğulayıb: "İkinci görüşüm daha çətin keçdi. Əlcəzair idmançısına bir dəfə uduzmuşdum. Amma bu dəfə qələbə qazandım. Öz qələbəmi şəhidlərimizə həsr edirəm. Bildiyiniz kimi artıq karate də olimpiyadanın proqramına daxil edilib. "Tokio-2020"də qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Ayxan Mamayev 2013-cü ildə İndoneziyada keçirilmiş İslamiadada və "Bakı 2015" I Avropa Oyunlarında da qızıl medal əldə edib.
Mediainfo.az