"Yaxın Doğu Universiteti" və "Fənərbaxça" basketbol klubları arasındakı oyun zamanı baş verən insidentlə əlaqədar "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım haqqında cəza tədbiri açıqlanıb.
Türkiyə Basketbol Federasiyasının intizam komitəsi oyun zamanı protokol tribunasında baş vermiş hadisələri müzakirə edib. Müzakirələr nəticəsində "Fənərbaxça" prezidenti Aziz Yıldırımın 6 ay müddətinə diskvalifikasiya edilməsinə qərar verilib. O, həm də 40 min lirə cərimələnib.
"Yaxın Doğu Universiteti" basketbol komandasının prezidenti İşık Eyigüngör də 1 ay müddətinə diskvalifikasiya edilib və 7500 lirə cərimələnib.
Qeyd edək ki, basketbol qarşılaşmasından əvvəl "Fənərbaxça" və "Yaxın Doğu Universiteti" komandalarının prezidentləri arasında insident baş verib. "Fənərbaxça" prezidenti Aziz Yıldırım həmkarını şillə ilə vurub. Bunun ardınca hər iki prezident və onlarla birlikdə olan şəxslər arasında dava düşüb.
"Yaxın Doğu Universiteti" komandasının prezidenti Anadolu prokurorluğuna şikayət edib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. (apa)
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


