Milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda ciddi dəyişiklik olmayıb.
Buna səbəb hesabat dövründə yığma səviyyəli matçların yox dərəcəsində olmasıdı. Düzdü, Malavi 13 pilləlik eniş, Sent-Vinsent və Qrenadini 8 addımlıq yüksəlişə imza atıb. Madaqaskarın 8, Sudanın 3 pillə gerilədiyi siyahıda Azərbaycan millisinin də mövqeyi dəyişməyib.
Son 28 gün ərzində heç bir matça çıxmayan Azərbaycan millisi 386 xala malikdi. Robert Prosineçkinin yetirmələri 87-ci pillədə qalıb.
Millimiz və "qonşular"ı
83 (83). Benin – 396
84 (84). Konqo – 392
84 (84). Qabon – 392
86 (86). Norveç – 387
87 (87). Azərbaycan – 386
88 (88). Svazilend - 378
89 (89). Qətər – 369
90 (91). Liviya - 361
91 (90). Mavritaniya – 359
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Ümumiyyətlə, "50-lik"də yalnız bir yerdəyişmə olub.
İlk "onluq"
1 (1). Braziliya – 1672
2 (2). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1411
5 (5). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (7). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (9). İsveçrə - 1212
10 (10). İspaniya – 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1464
26 (26). Şimali İrlandiya - 823
42 (42). Çexiya - 679
81 (81). Norveç - 387
204 (204). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 22-ci yerdə qalıb. "Ay-ulduzlular"ın hesabındakı 863 xal dəyişməyib.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































