"Keyfiyyət baxımından Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək".
BU sözləri Apa-ya açıqlamasında Türkiyənin tanınmış idman şərhçisi, "Habertürk" qəzetinin köşə yazarı Murat Ağca deyib.
"Bakıda keçiriləcək İslam Oyunlarına hazırlığın gedişini necə dəyərləndirirsiniz?" - sualına M. Ağca belə cavab verib: "Böyük beynəlxalq idman müsabiqələri keçirmək sahəsində Azərbaycanın zəngin təcrübəsi var. Mən həm Bakıda keçirilmiş Avropa Oyunlarını, həm də "Formula-1" müsabiqəsini izləmişəm, o yarışların yüksək səviyyədə təşkilinə şahid olmuşam. Azərbaycanın həm o təcrübəsinə, həm də İslam Oyunlarına hazırlığın gedişindəki müşahidələrimə əsasən bu müsabiqənin də yüksək səviyyədə keçəcəyini deyə bilərəm. Keyfiyyət baxımından Azərbaycan İslam Oyunlarının səviyyəsini yüksəldəcək. Oyunların həm stadionlarda, həm də beynəlxalq TV kanallarında izlənməsi sahəsində də rekordlar əldə ediləcəyinə inanıram. İslam Oyunlarının Bakıda keçirilməsinin Türkiyə baxımından başqa bir önəmi isə növbəti oyunların İstanbulda keçiriləcək olmasıdır. İslam Oyunlarının bayrağını azərbaycanlı qardaşlarımızdan təhvil almaq bizim üçün çox əlamətdar bir hadisə olacaq".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


