Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.
Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.
Azərbaycan millisini heyəti:
49 kq. Rüfət Hüseynov
52 kq. Məsud Yusifzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Elvin İsayev
69 kq. Tamerlan Abdullayev
75 kq. Kamran Şahsuvarlı
81 kq. Rauf Rəhimov
91 kq. Teymur Məmmədov
+91 kq. Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları "Bakı Kristal Zal-2"də keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































