Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federaiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub. Daha sonra AAF prezidenti Çingiz Hüseynzadə hesabat xarakterli çıxış edib. O bildirib ki, federasiya Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Oyunlara 30 atlet qatılacaq.
Baş katib və Təftiş komissiyasının hesabatlarından sonra seçki keçirilib. Ç.Hüseynzadə növbəti müddətə AAF-ın prezidenti, Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katib, Kamal Əhmədov icraçı direktor seçilib.
İcraiyyə Komitəsinə Fərid Mansurov, Şirin Vəliyev, Elman Rzazadə, Sevda Mirzəyeva, Könül Nurullayeva, Cəfər Hümbətov, Raqif Abbasov, Sadıq Sadıqov, Nadir Əliyev, Emil Quliyev, Elvira Salyamova, Anar Bağırov, Bəhruz Salehli, Sergey Antipov, Mehdi Nağıyev daxil olub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


