Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Şimali amerikalılar bunu KONKAKAF zonasında Çempionlar Liqasının qazanmaqla rəsmiləşdirib. Onlar buna finaldakı Meksika derbisində qalib gəlməklə imza atıb. Səfərdəki ilk oyunda 1:1 hesablı bərabərlikdən sonra "Paçuka" öz meydanında "Tiqres" üzərində qələbə qazanıb – 1:0.
Bu, Dieqo Alonsonun yetirmələrinə planetin ən nüfuzlu klub turnirində oynamaq imkanı verib. Dekabrın 6-16-da keçiriləcək çempionatda meydan sahibi BƏƏ çempionu və 6 konfederasiyanın Çempionlar Liqasının qalibi mübarizə aparacaq.
Qeyd edək ki, ilk dəfə 2000-ci ildə təşkil olunan çempionatın son qalibi Avropa təmsilçiləri olub.
Mediainfo.az