Aprelin 27-də Yunanıstanın paytaxtı Afinada Ümumdünya Taekvondo Federasiyasının prezident kuboku start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Yeniyetmə, gənc və böyüklər arasında baş tutacaq sayca 2-ci G2 kateroqiyalı turnirə ölkəmiz 35 idmançı ilə yollanıb.
Belə ki, əsas komandamızın şərəfini 18 taekvondoçu qoruyacaq. Bunlar Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bəhrami, Ayxan Tağızadə (hər ikisi 68 kq), Əliəsgər Əliyev, Səid Quliyev (hər ikisi 74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (+87 kq), Paniz Esmaeilpour (46 kq), Gülhanım Yeşildağ (49 kq), Patimat Abakarova (53 kq), Yaprek Eriş (57 kq), Daria Şkurko (62 kq) və Fəridə Əzizovadı (67 kq).
Azərbaycan gənclərin yarışda Xanoğlan Kərimov (45 kq), Ayaz Qənbərli (51 kq), Əbülfət Zülfüqarov (55 kq), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Niyaz Zülfüqarlı (63 kq), Mirvari Qənbərli (42 kq) və Mehriban Məmmədovanın (44 kq), yeniyetmələrin mübarizəsində isə Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Pərviz İsgəndərov (45 kq), Hüseyn Abdullazadə (49 kq), Aysu Məmmədova (37 kq), Ofeliya Allahverdiyeva (41 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) ilə təmsil olunacaq.
Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər. Bu gün Afinaya yollanan millimiz mayın 1-də vətənə dönəcək.
Prezident kubokunda isə ümumilikdə 51 ölkədən 2182 taekvondoçu iştirak edəcək.
Qeyd edək ki, bu il yeniyetmələrin Avropa birinciliyi Macarıstanda, gənclərin qitə mübarizəsi Kiprdə olacaq. Böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı isə Belarusda baş tutacaq.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































