"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qax mərhələsi başlayıb.
Apa-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Qax səyahəti mərhələsinə Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Qax rayonu İlisu kəndi inzibati ərazisindən keçən hissəsindən tökülən və hündürlüyü 70 m olan Ram-Rama şəlaləsində start verilib.
Su mərasimi, voleybol və rəqs həvəskarları Ayşən Hüseynova, Yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc medal mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə idman ustası Məmməd Qasımov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə başlayıb.
Su səhəngi axşam keçirilən su festivalında təqdim ediləcək və 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin əsas elementlərindən biri olacaq.
Qax rayon Olimpiya kompleksində "Sport Joys- Regional idman tədbiri" həyata keçirilib. Proqram çərçivəsində İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə müxtəlif idman müsabiqələri keçirilib.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































