Azərbaycan Premyer Liqasının XXVII turunun "Qəbələ" – "İnter" görüşünün tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 23-də deyil, ertəsi gün keçirilməsinə qərar verib.
Görüşün start fiti aprelin 24-də saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Oyunun tarixinin dəyişdirilməsinə səbəb mükafatçıların medallarla təltif olunma ehtimalıdı. "Qəbələ" və "İnter" klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.
Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan "Qarabağ" klubuna da çempionluq və qızıl medallar XXVII turda veriləcək. Belə ki, "Qarabağ" mükafatlarına doğma meydanı olan "Azərsun Arena"da keçiriləcək "Sumqayıt"la görüşdən sonra qovuşacaq.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































