Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbir iki hissədən ibarət olub.
Öncə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 komanda yarımfinal cütlərinə bölünüb.
Püşk İspaniyanın iki təmsilçisi "Real" və "Atletiko"nu üz-üzə qoyub. Yarımfinalda Madrid təmsilçilərinin iştirakı ilə 2 paytaxt derbisi keçiriləcək. Digər cütdə isə İtaliya çempionu "Yuventus" və Fransa "Monako"su qarşılaşacaq.
Ardınca isə Uelsin paytaxtı Kardiffdə baş tutacaq final matçının nominal meydan sahibi bəlli olub. Püşkün nəticəsi "Yuventus" – "Monako" cütünün qalibini görüşün ev sahibi seçib.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.
Çempionlar Liqası
Yarımfinal
(2-3/9-10 may)
"Real" (İspaniya) - "Atletiko" (İspaniya)
"Monako" (Fransa) - "Yuventus" (İtaliya)
Final
(3 iyun)
2-ci cütün qalibi – 1-ci cütün qalibi
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































