Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
İlk oyun günündə "Real" – "Bavariya" və "Lester" - "Atletiko" oyunları keçirilib.
Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldo het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən "kral klubu" yarımfinala adlayan tərəf olub.
Günün digər matçında "Atletiko" "Lester"in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
"Real" (İspaniya) – "Bavariya" (Almaniya) - 4:2 (əlavə vaxtda)
Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
"Lester" (İngiltərə) – "Atletiko" (İspaniya) - 1:1
Qollar: Vardi, 61 - Nigez, 26
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


