İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib

İslamiada: Futbol yarışlarının təqvimi dəqiqləşib

İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib. Yarışın Əməliyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq.

Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq. Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə "Bayıl Arena"da baş tutacaq.

Ümumilikdə, qrup matçları bu arena və "AZAL Arena"da keçiriləcək. Yarımfinalları "Dalğa Arena", medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək.

Final mayın 21-də saat 20:00-da olacaq.

A qrupu

Azərbaycan

Səudiyyə Ərəbistanı

Mərakeş

Kamerun

B qrupu

Türkiyə

Əlcəzair

Fələstin

Oman

8 may

10:30. Səudiyyə Ərəbistanı – Mərakeş

AZAL Arena

12:30. Əlcəzair – Türkiyə

Bayıl Arena

16:30. Fələstin - Oman

AZAL Arena

18:30. Azərbaycan - Kamerun

Bayıl Arena

11 may

10:30. Oman – Türkiyə

AZAL Arena

12:30. Kamerun - Mərakeş

Bayıl Arena

16:30. Fələstin – Əlcəzair

AZAL Arena

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı

Bayıl Arena

15 may

12:30. Oman – Əlcəzair

AZAL Arena

12:30. Türkiyə - Fələstin

Bayıl Arena

18:30. Kamerun – Səudiyyə Ərəbistanı

AZAL Arena

18:30. Mərakeş – Azərbaycan

Bayıl Arena

18 may

12:30. A2 – B1

Dalğa Arena

18:30. A1 – B2

Dalğa Arena

21 may

14:00. 3-cü yer uğrunda

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. Final

Tofiq Bəhramov adına Respublika Stadionu

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az