Futbol üzrə Fransa çempionatında "Bastiya" və "Lion" komandaları arasındakı oyun qarşıdurma səbəbindən yarımçıq qalıb.
Fransa Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı xəbərə görə, "Bastiya" azarkeşləri oyun başlamazdan əvvəl meydana girərək "Lion"un futbolçularına hücum etmək istəyiblər. Buna görə də, matçın start fiti 50 dəqiqə gecikib. İlk yarının sonlarında isə meydana girən azarkeşlə "Lion"un qapıçısı Antoni Lopeş arasında dava olub. Bu zaman görüşün stüardlarından biri qonaq komandanın müdafiəçisi Muktar Dyakabiyə zərbə endirməyə çalışıb. Nəticədə qərara alınıb ki, matç davam etdirilə bilməz. Oyunun keçiriləcəyi yeni tarix yaxın müddətdə açıqlanacaq.
Bu, həftə ərzində "Lion"un adının hallandığı ilk insident deyil. Aprelin 13-də Avropa Liqasında Türkiyə "Beşiktaş"ı ilə ilk 1/4 final matçından əvvəl "şirlər"in mindən çox azarkeşi meydana daxil olub. Nəticədə görüş 50 dəqiqə ləngiyib. (report)
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


