Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
Antalyada keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən cədvəl Azərbaycan cüdoçuları üçün heç də uğurlu alınmayıb.
Belə ki, aparıcı idmançılarımızdan üçü öz çəkilərində geriləyib. 5 rəqibini özündən irəli buraxan İlqar Müşkiyev (60 kq) 26-cı, hərəyə 1 pillə aşağı düşən Nicat Şıxəlizadə (66 kq) 5-ci, Rüfət İsmayılov (81 kq) 15-ci yerə enib. Təmsilçilərimizdən yalnız Tərlan Kərimov (66 kq) mövqeyini yaxşılaşdırıb. O, 60-cı yeri 59-a dəyişib.
Digər həmyerlilərimizdən Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə dünyanın ən güclüsüdü.
Türkiyədə bürünc medal qazanan Hidayət Heydərov (73 kq) 23-cü, Elxan Məmmədov (100 kq) 6-cı və Nəzakət Əzizova (52 kq) 165-cidi. Onlar nə irəliləyib, nə də geriləyiblər.
Yığmamızın digər üzvlərinə gəlincə, Məmmədəli Mehdiyev yenə 11-ci, Tural Səfquliyev (hər ikisi 90) 27-ci, Uşanqi Kokauri (+100 kq) 19-cu yerdə qərar tutublar.
Xanım cüdoçularımızın mövqeyində isə dəyişiklik yoxdur.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


