Kişi voleybolçulardan ibarət Azərbaycan klubları yenidən avrokuboklarda iştirak edəcəklər. Bununla, kişi voleybolunda 7 illik həsrət başa çatacaq.
6 mövsüm beynəlxalq yarışlardan kənar qalan təmsilçilərimiz yeni ildə avrokubokda mübarizə aparacaq. Özü də son 14 ildə olduğu kimi 1 deyil, 2003-cü ildə olduğu kimi 2 klubumuz qitə miqyaslı yarışa qatılacaq. Bunlar az öncə başa çatan Yüksək dəstənin çempionu "Lokomotiv" və "Neftçi"di.
Əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi artıq yeni mövsümün planlarını da cızmağa başlayıb. "Neftçi"dən fərqli, "Lokomotiv" daha güclü oyunçularla güclənməyi də planlaşdırır.
Qeyd edək ki, kişi voleybolçuların yarışında debütümüz "Azəroil"lə olub. Bakını təmsil edən bu komanda 2001/02 mövsümündə "Top komandalar" kubokunda ilk oyununu "Kometa"ya (Macarıstan) qarşı keçirib. Hələlik 2010-cu ildə baş tutan son matçda da ölkəmizin idman şərəfini məhz "neftçilər" qoruyublar.
Ümumilikdə avrokubokda 2 təmsilçimiz çıxış edib. "Azəroil" (2002-ci ildən "Azərneft" adlanıb - red) 9, "Metro" 2 mövsüm qitəmiqyaslı klub turnirlərinə qatılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































