"Azəravtoyol" ASC tərəfindən bu ilin mayın 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə start verilir.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, "Oyunlar zolağı"nın çəkilişinə ilk olaraq Neftçilər prospekti "Azneft meydanı"ndan başlanılır.
Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin "Azneft meydanı"ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.
"Oyunlar zolağı"nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə "Bakı-2017" sözləri yazılacaq.
"Oyunlar zolağı"nın Neftçilər prospektinə ("Azneft meydanı" - "Bayraq meydanı"), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektlərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Azəravtoyol" ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































