"Dünya" TV-nin "Bu Sabah" verilişində qonaq olan "Cüdo 2012" klubunun yetirməsi, Avropa kubokunun sahibi, tanınmış idmançı Cavid Mahmudlu fikirlərini verilişdən sonra "Mediainfo.az" informasiya agentliyinin və"Oxu Məni " qəzetinin oxucuları ilə belə bölüşdü:
- "İdmançı olmağımla fəxr edirəm. Hər bir yarışa gedəndə çalışıram ki, 3 rəngli Azərbaycan bayrağını dalğalandırım, vətənə çempion kimi qayıdım. Bu bizim borcumuzdur. Çünki dövlətin diqqət və qayğısının əhatəsindəyik. Ölkə başçısı cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili "Heydər Əliyev" ordenli Mehriban xanım Əliyevanın biz idmançılara olan dəstəyi, qayğısı bizə güc verir ki, mütləq qələbə çalaq. Bizə göstərdiyi diqqətə görə dövlətimizə, dövlət başçımıza və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümüzü bildiririk. Hər bir yarışa gedəndə qarşımızda qoyduğum məqsəd-bayrağımızı dalğalandırmaqdır. Ən nüfuzlu idman yarışlarında bayrağımızı qalib olaraq dalğalandıra biliriksə, deməli biz bu vətən, bu dövlət üçün nəisə edə bilmişik. Qarşıdan Novruz bayramı gəlir. Bu münasibətlə bütün idmançılarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Hər addımda xalqımızın biz çempionlara olan sevgisini hiss edirik. Bu sevgi üçün onlara minnətdarıq və çalışacağıq ki, bu sevgini axıra kimi qoruyub saxlayaq.
Sonda hər zaman biz idmançıları dəstəkləyən "Dünya" TV-nin prezident, əməkdar jurnalist Ramiz Hüseynova, verilişin aparıcısı Əminəxatun Tərlanqızına təşəkkürümüzü bildiririk. Uğurlarımızı işıqlandırıb, bizi geniş tamaşaçı kütləsinə tanıtdıran hər bir televiziya əməkdaşına öz minnətdarlığımı bildirirəm. Qarşıdan İslam oyunları gəlir. Bu nüfuzlu idman yarışında iştirak edəcək bütün idmançı həmkarlarıma uğurlar arzulayıram. Biz idmançılar həmişə həmrəy olmuşuq, bundan sonra da həmrəy olacağıq. Bizim qürurumuz, gücümüz Azərbaycandır, Azərbaycan dövlətidir. Biz də çalışırıq ki, dövlətimizə, dövlətçiliyimizə vicdanla, sədaqətlə xidmət edək".
P. S: Biz də tanınmış idmançı, şəxsiyyət Cavid Mahmudluya uğurlar arzulayırıq.
Alim Nəbioğlu
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































