AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş "danışılmış oyunlarla" bağlı hesabatlar olub.
İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə "danışılmış oyunlarda" iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.
9 futbolçunun "danışılmış oyunlarda" iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:
"Şahdağ" (Qusar)
İqrar Səmədov
Uce Cukenyere
"Rəvan" (Bakı)
Elvin Əliyev
Cəmşid Məhərrəmov
"Göyəzən" (Qazax)
Arzuman Vəliyev
Tunar Şahtaxtinski
"Energetik" (Mingəçevir)
Elvin Əlizadə
Kamran Lalayev
Ruslan Həmidov
Adları "danışılmış oyunlarda" ən çox hallanan "Rəvan" və "Şərurspor" I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış "Rəvan"la "Şərurspor"un oyunçularına "azad agent" statusu verilməsi qərara alınıb.
Adları "danışılmış oyunlarda" hallanan "Şahdağ", "Energetik", "Bakılı" və "Göyəzən"ə xəbərdarlıq edilib. Bu klubların "danışılmış oyunlarda" iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.
Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.
"Şahdağ"ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


