Azərbaycan Premyer Liqasında mükafatçılardan biri müəyyənləşib.
Çempionatın sonuna 6 tur qalsa da, ilk "üçlük"dəki komandalardan biri yerini təmin edib. Bu, son üç mövsümün çempionu "Qarabağ"dı.
XXII turda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Adam təmsilçisi xal hesabını 48-ə çatdırıb. Bununla, liderin 4-cü yerlə xal fərqi 19-a yüksəlib.
Xal fərqinin bu həddə çatması o deməkdi ki, 4-cü olan "Zirə" həmçinin aşağı pillələrdə qərarlaşan digər komandalar çempionluq şansı ilə vidalaşıb. Onlar üçün əlçatmaz olan Qurban Qurbanovun yetirmələri isə ən pis halda belə bürünc mükafata yiyələnəcəklər.
İlk "üçlük"də yeri təmin olunan "Qarabağ" bununla da avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu minimum Avropa Liqasında oynayacağını rəsmiləşdirib.
Çünki Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqası, 2-ci və 3-cü yer sahibləri isə Avropa Liqasında çıxış hüququ qazanır. Sonuncu yarışdakı 3-cü təmsilçi isə ya kubokun, ya da 4-cü yerin sahibi olur.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


