Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənəvi "Dutch Open" beynəlxalq turnirinə yekun vurulub.
Məlumata görə, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.
45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.
Qadın taekvondoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olmuşdular.
Beləliklə, milli komandalarımız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə 10 medalla başa vurub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































