Kamran Ağayev: Azərbaycana gəlmək istəmirəm

Kamran Ağayev: Azərbaycana gəlmək istəmirəm

Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm.

Bu fikirləri sport24-ə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bildirib.

Portuqaliyanın "Boavişta" klubunda çıxış edən təcrübəli əlcək sahibi uzunmüddətli zədədən sonra heyətə dönüb. Kamran Ağayev artıq Portu klubu ilə birlikdə məşqlərə başlayıb:

"Milli komandanın oyununu düşünürəm. Martın 26-da Almaniyaya qarşı matçda yığmamıza kömək etmək niyyətim var. Millinin oyunundan sonra isə tam müalicə olunmaq üçün çalışacağam".

K.Ağayev İslam Olimpiadasında komandamızın heyətində çıxış etmək istədiyini də bildirib:

"İslam Olimpiadasında çıxış etmək istəyirəm. Əgər təklif gələrsə, sevə-sevə komandamızın şərəfini qoruyaram. Bu, mənə oyun təcrübəsi baxımından da çox kömək edər".

31 yaşlı qapıçı "Boavişta"dakı gələcək taleyinə də aydınlıq gətirib:

"Əvvəl də dediyim kimi, burada qalmayacağam. Çünki mən daha iddialı komandalarda, Avropa Liqasında, Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyirəm. Həm də burada vəziyyət yaxşı deyil. Dediyim kimi məni sıxışdırırlar ki, müqaviləmi artırım. Amma müqaviləyə görə özümü bədbəxt edən deyiləm. Mən Azərbaycana gəlmək istəmirəm, Avropada oynamaq istəyirəm".

"Hazırda təkliflər varmı" sualına qapıçı belə cavab verib:

"Hazırda heç bir təklif yoxdur. Amma mövsüm bitəndən sonra, yəqin ki, olacaq. Daha uğurlu komandalara keçmək niyyətindəyəm. Bəlkə elə Portuqaliyada avrokuboklarda çıxış edə biləcək bir komandada oynadım".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az