Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək.
İlk oyun günündə biri Londonda, digəri Neapolda olmaqla, iki görüş keçiriləcək.
İngiltərədə paytaxt təmsilçisi "Arsenal" Almaniyanın "Bavariya" komandasını qəbul edəcək. Bu kollektivlər arasında Münhendə baş tutan ilk matçda Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə qalib gəldiyindən, cavab oyunu formal xarakter daşıyır. Düzdür, "topçular"ın möcüzəyə imza atmaq şansı var. Lakin "Arsenal"ın "Bavariya"nı mübarizədən kənarlaşdırması real görünmür.
Günün digər görüşü İtaliyada keçiriləcək. Madriddə Lorenzo İnsinyenin dəqiq zərbəsi ilə hesabı açan, lakin sonradan Kərim Benzema, Toni Kroos və Kazemironun qollarına əngəl ola bilməyən "Napoli" "Real Madrid"i qəbul edəcək.
Turnirin son qalibi olan İspaniya təmsilçisi cütün favoriti hesab edilir. Çünki ilk matçda 3:1 hesabı ilə qələbə qazanan "Real" 1/4 finala yüksəlməyə daha yaxındır.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
23:45 "Arsenal" (İngiltərə) – "Bavariya" (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 1:5
23:45 "Napoli" (İtaliya) – "Real Madrid" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun – 1:3
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


