Hüseynov Elçin Elxan oğlu 1988-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Nəsimi rayon 240 saylı orta məktəbi bitirib və Bədən Tərbiyəsi Kollecinə daxil olub. Hələ yeniyetmə vaxtlarından idmanla məşğul olub. Güləşin klassik növü ilə məşğul olan Elçin yeniyetmələr arasında yarışlarda iştirak edib. 2008-ci ilin aprel ayında Gəncədə yerləşən N saylı hərbi hissəsində xidmət edib. 18 ay şərəflə xidmət etdiyi dövr ərzində də idmanla müntəzəm məşğul olub. Komandirləri tərəfindən dəfələrlə təşəkkür və diplomlara layiq görülüb. 2002-ci ildə yeniyetmələr arasında keçirilən güləş üzrə Bakı birinciliyində III yerə, 2005-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunmuş Respublika turnirində III yerə, 2006-cı ildə 1986-1988-ci il təvəllüdlü idmançılar (gənclər) arasında keçirilən Bakı birinciliyi turnirində rayon idman mərkəzində I yerə, 2007-ci ildə Təhsil rayon idman mərkəzinin açıq çempionatlarında I yerə, 2008-ci ildə "Neftçi" idman və sağlamlıq kompleksində keçirilən açıq çempionatda I yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 1-ci dərəcəli idmançısı adına layiq görülmüş Elçin Hüseynov hərbi xidmətdən qayıtdıqdan sonra Kempo idman növü ilə məşğul olmuş və 2013-cü ildə Fill Kempo üzrə 4 idmançıya qalib gələrək I yer tutmuşdur.
2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən qaydasız döyüş növü üzrə 36 ölkənin idmançısı ilə dünya çempionatında 17 nəfərlik heyətlə iştirak etmiş Elçin bu mötəbər yarışda da uğur qazanıb. Elçin o yarış haqda deyir:
- "Baş məşqçimiz Ruhi Hüseynovun rəhbərliyi ilə bu yarışda ilk döyüşüm Moldovan idmançısı oldu. 2-ci raundun ortasında boğucu fəndlə qalib gəldim. İkinci döyüşüm erməni idmançısı ilə oldu. Erməni idmançısı əvvəl yarışa çıxmaqdan boyun qaçırsa da, axırda rinqə çıxdı. Ata-baba yurdum olan doğma Laçınımın erməni quldurları tərəfindən işğal olunması anı gözlərimin önünə gəldi. Erməni gədəsini 47-ci saniyədə nokautla yerə sərdim. Alqış sədaları zalı bürüdü. Final döyüşüm yerli idmançı ilə oldu. Bərabər keçən döyüşdə xal hesablanarkən cüzi fərqlə yerli idmançıya üstünlük verilsə də, Dünya çempionatının gümüş medalına layiq görüldüm, 2-ci yerlə kifayətləndim".
26 sentyabr 2015-ci ildə Gürcüstanda keçirilən Qara kəmər üzrə döyüşə qatılan Elçin 95 kiloqram çəkidə bütün rəqiblərinə qalib gələrək Qara kəməri Azərbaycana gətirmişdir.
Azərbaycanı idman sahəsində dünyaya tanıdan idmançımız, ümidvarıq ki, əvvəlki iş yerinə bərpa olunacaq və ölkəmizi dünya arenasında yenə də şərəflə təmsil edəcəkdir. Uğurlar olsun sənə, Elçin!
Alim Nəbioğlu
Mediainfo.az
Jurnalis-publisist
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































