İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir.
Təmsilçilərimizdən daha biri – Kənan Xəlilov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 56 kq çəki dərəcəsində çıxış edib.
Kənan birdən qaldırma hərəkətində əla çıxış edib. O, üçüncü yanaşmasında 110 kq-ı ram edərək bütün rəqiblərini üstələyib.
Bir müddət əvvəl Azərbaycan Kubokunun sahibi olan Xəlilov təkanla qaldırma hərəkətində cəmi 118 kq-ı başı üzərinə qaldıra bilib.
Millimizin üzvü 228 kq (110+118) nəticə göstərərək gənclər arasında Avropa çempionatının bürünc medalçısı adını qazanıb. Əla nəticədir. Çünki bu atletin cəmi 17 yaşı var və özündən yaşca böyüklər arasında uğurlu nəticə əldə edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































