Gənclər və İdman naziri Azad Rəhimov 2017-ci il üçün Formula 1 təqvimində Bakıda keçiriləcək Qran Prinin adının və vaxtının dəyişdirilməsinə də münasibət bildirib.
"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini söyləyib.
O deyib ki, gələn il iyunun 25-də dünyanın Formula 1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək: "Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək. Yəni, bu Qran Pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşınlar və avadanlıqların Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik".
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




.jpg)



















.jpg)





























.jpg)
.jpg)