AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, Komitə "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərlə bağlı hər iki klubu cəzalandırıb.
Qərarda deyilir:
Topaz Premyer Liqasının XIII turunun "Qarabağ" – "Qəbələ" matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
"Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 39-cu dəqiqəsində "Qarabağ" klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62).
Oyunun 90+4-cü dəqiqəsində "Qarabağ" klubunun 20 №-li futbolçusu Riçard Almeyda aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində "Qarabağ" klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).
"Qarabağ" klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub. Növbəti ev oyunlarında "Qarabağ" klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




.jpg)



















.jpg)





























.jpg)
.jpg)