Kolumbiyada baş vermiş təyyarə qəzasında 13 nəfər sağ qalıb.
Bu barədə "360 Radio Colombia" radiosunun "Tvitter" səhifəsində yer alan xəbərdə deyilir.
Onların arasında Braziliyanın "Şapekoense" klubunun futbolçuları Alan Ruşel və Danilo Padilya var. Xəsarət alanlara yerli xəstəxanaya yerləşdirilib.
11:30
İlkin ehtimallara görə, Kolumbiyanın Medelin şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin yanacağı bitib.
azvision.az "Frans Press"-ə istinadən xəbər verir ki, bunu La Seha şəhərinin meri Elkina Ospina bildirib.
"Görünür təyyarənin yanacağı bitib",- deyə məmur bildirib. O, əlavə edib ki, hadisə yerində xilasedicilər işləyir.
***
10:54
Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanlar var.
Bu barədə "Frans Press" agentliyi xəbər verib.
Qeyd olunub ki, Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 81 nəfərdən cəmi 6-sı sağ qalıb.
Qeyd edək ki, təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olub.
10:00
Kolumbiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Boliviyadan havaya qalxan təyyarə Medelin beynəlxalq hava limanına enərkən düşüb.
Yerli media təyyarədəki 72 sərnişinin arasında Kolumbiyanın Atelitico Nacional klubu ilə oynamaq üçün şəhərə gələn Braziliyanın Şapokoense klubunun da oyunçuları yer alıb.
Hər iki klub "Copa Sudamericana"nın finalında üz-üzə gələcəkdi. Qəza nəticəsində az 10 nəfərin yaralandığı bildirilir. (musavat)
mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




.jpg)



















.jpg)





























.jpg)
.jpg)