Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
Avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ" da növbəti oynununa çıxacaq.
J qrupunda çıxış edən "Qarabağ" üçün bugünkü oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar "Slovan"la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdir. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində "Fiorentina"nı məğlub etməməlidir. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.
Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan "Qarabağ" autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan "Qarabağ" ardıcıl 3-cü qələbəsinə köklənib.
Digər təmsilçimiz "Qəbələ" isə Belçikanın "Anderlext" klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk xal üçün "döyüşəcək". Ardıcıl 5 görüşdə uduzan "qırmızı-qaralar" belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə iddialıdır. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin "Qəbələ" bu dəfə meydana baş məşqçisiz çıxacaq. Belə ki, cəzalı olan Qriqorçuk komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur.
Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
J qrupu
22:00. "Slovan" (Liberets, Çexiya) – "Qarabağ" (Azərbaycan)
Liberets. "U Nişi" stadionu
|
1 |
"Fiorentina" (İtaliya) |
4 |
3 |
1 |
0 |
11-2 |
10 |
|
2 |
"Qarabağ" (Azərbaycan) |
4 |
2 |
1 |
1 |
6-7 |
7 |
|
3 |
PAOK (Yunanıstan) |
4 |
1 |
2 |
1 |
2-4 |
4 |
|
4 |
"Slovan" (Çexiya) |
4 |
0 |
1 |
3 |
4-10 |
1 |
20:00. "Qəbələ" (Azərbaycan) – "Anderlext" (Belçika)
Bakı. 8-ci km qəsəbə stadionu
|
1 |
"Anderlext" (Belçika) |
4 |
2 |
2 |
0 |
11-4 |
8 |
|
2 |
"Sent-Etyen" (Fransa) |
4 |
2 |
2 |
0 |
5-3 |
8 |
|
3 |
"Maynts" (Almaniya) |
4 |
1 |
2 |
1 |
6-10 |
5 |
|
4 |
"Qəbələ" (Azərbaycan) |
4 |
0 |
0 |
4 |
4-9 |
|
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































