Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.
Yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək.
CBF-nin qarşısındakı bayraqlar endiriləcək, qurumun keçirdiyi bütün yarışlar 1 dəqiqəlik sükutla başlanacaq.
Məşhur futbolçulardan Pele keçmiş komanda yoldaşının ölümünə dərindən kədərləndiyini bildirib. O, dostu və qardaşı adlandırdığı Karlos Alberto Torresə Allahdan rəhmət diləyib.
Almaniyalı Frants Bekkenbauer isə "Twitter" səhifəsində mərhumla fotosunu yerləşdirərək, "O, mənə qardaş, ən yaxşı dostlarımdan biri idi. Bu xəbərdən dərin sarsıntı keçirdik".
Karlos Alberto Torres ötən gün 73 yaşında ikən ürək tutmasından vəfat edib. 1970-ci ilin dünya çempionu 2004-cü il fevralın 14-dən 2015-ci il iyunun 4-dək Azərbaycan yığmasının baş məşqçisi olub. (report)
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















