Azərbaycan voleybolunda ciddi islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.
Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.
İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də "Azərreyl" və "Lokomotiv"ə rəhbərlik edəcək. "Azərreyl"in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və "Lokomotiv"də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.
Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və "Neftçi" futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.
Qeyd edək ki, Əfəndiyev "Azərreyl"də Hicran Vahabovu əvəzləyib. "Lokomotiv" isə ötən ilki "Gənclik"di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































