"Qəbələ" Fransada uduzdu

"Qəbələ" Fransada uduzdu

Çempionlar Liqasının ardınca Avropa Liqasının qrup mərhələsində də III turun oyunları keçirilir. Turnirdəki iki təmsilçimizdən biri olan "Qəbələ" səfərdə meydana çıxıb.

"Qırmızı-qaralar" Fransanın "Sent-Etyen" klubunun qonağı olub. Oyunun taleyini bir qol həll edib. Rikardinyonun 70-ci dəqiqədə müəllifi olduğu avtoqol komandamızın vətənə xalsız dönməsinə səbəb olub.

Qeyd edək ki, "Qəbələ" 3 turda xal qazana bilməyib. Bununla da Roman Qriqorçukun yetirmələri növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azaldıb.

Onu da qeyd edək ki, "Sent-Etyen" azərbaycanlı futbol azarkeşləri üçün tanış rəqibdi. Belə ki, daha əvvəl "Qarabağ"la eyni qrupda mübarizə aparmış Fransa təmsilçisi çempionumuzla hər iki oyundan bərabərliklə ayrılmışdı.

Avropa Liqası

Qrup mərhələsi

C qrupu, III tur

20 oktyabr

Sent-Etyen (Fransa) - Qəbələ (Azərbaycan) 1:0

Qol: Rikardinyo, 70 (avtoqol).

Sent-Etyen: 30. Cesi Mulin (q), 2. Kevin Teofil Katrin, 9. Noaln Ru, 10. Usama Tannane, 11. Henri Saive, 12. Şeyx Mbengi, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k).

Ehtiyat oyunçular: 1. Antoni Maysonal (q), 5. Vinsent Payot, 7. Bryan Dabo, 23. Aleksandr Soderlund, 25. Kevin Malsuit, 27. Robert Beriç, 35. Arnaud Nordin.

Baş məşqçi: Kristof Qaltye.

Qəbələ: 22. Dmitri Bezotosnı (q) (k), 3. Voyslav Stankoviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Flip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov.

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 8. Qismət Əliyev, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov, 39. Sadiq Quliyev, 44. Rafael Santos, 88. Tellur Mütəllimov.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Ali Palabıyık, Cem Satman, Ekrem Kan, Ceyhun Sesigüzel (Türkiyə).

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan (Türkiyə).

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).

UEFA nümayəndəsi: Yakob Erel (İsrail).

Sent-Etyen. "Joffrua Qişar" stadionu. (qaynarinfo)

Mediainfo.az

1

Anderlext

3

1

2

0

5-3

5

2

Sent-Etyen

3

1

2

0

3-2

5

3

Maynts 05

3

1

2

0

5-4

5

4

Qəbələ

3

0

0

3

3-7

0

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az