Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq "Fənərbaxça" bu gün İngiltərəyə yola düşüb.
"Qafqazinfo" xəbər verir ki, İstanbul klubunu Mançesterə aparan təyyarə Budapeştdə məcburi eniş etməli olub. Təyyarənin ön şüşəsinə quş çırpıldığından, təyyarə Macarıstanın paytaxtında yerə enib. Məlumata görə hər şey qaydasındadır və qısa müddətdən sonra Budapeştə İstanbuldan yeni təyyarə uçacaq.
"Fənərbaxça" yeni təyyarəni gözləyəcək və Mançesterə uçacaq. Əlavə edək ki, Dik Advokaatın mətbuat konfransı və komandanın oyunöncəsi son məşqində yubanma olacaq. Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbaxça" oyunu sabah, Bakı vaxtıyla saat 23:05-də başlayacaq.



Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































