Xəbər verdiyimiz kimi 11-18 oktyabr 2016-cı il tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Uşaq-Gənclər Şahmat məktəbində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında şahmat üzrə rayon Masallı rayon birinciliyi keçirilib
65 nəfər idmançının iştrakı ilə yarış 2 yaş qrupu üzrə keçirilmişdir. 10 yaşa qədər oğlan və qızların iştrakı ilə keçirilən yarışda Mikayılov Vəkil Raiq oğlu I yerə, Əsgərov Nurlan Emin oğlu II yerə, Məmmədov Şükür Məmmədağa oğlu III yerə layiq görülmüşdür. 16 yaşa qədər oğlan və qızlar arasında keçirilən yarışda isə Bəşirov Mircavad Mirtəbib oğlu I yerə, Əsgərov Tural Emin oğlu II yerə, Əliyeva Fəridə İnqilab qızı III yerə layiq görülmüşlər .
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş bütün idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfinidən diplomlarla hədiyyələrlə mükafatlandırılmışdır.
Əlihüseyn Şükürov
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































