"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-un Yunanıstan çempionatındakı son matçı klubun sahibi İvan Savvidisin ürəyincə olmayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Savvidis bunu futbolçularla görüşdə deyib.
O, Super Liqanın VII turunda "İraklis"lə matça toxunaraq, nəticədən narazılıq bildirib. Savvidis, xüsusən də, hücum xəttinin "dişsiz"liyindən gileylənib: "İraklis"lə oyunun fasiləsində hesab 4:0 olmalı idi. Amma biz cəmi 1:0 hesablı qələbə qazandıq. Saysız-hesabsız qol imkanlarından yararlana bilmədik. Bu problemi yoluna qoymaq lazımdı. Baş məşqçi bunun təhlilini aparıb, komandadakı çatışmazlığı aradan qaldırmalıdı".
PAOK-un sahibi futbolçulara qarşıdakı oyunlarla bağlı tapşırıq da verib. Belə ki, o, Yunanıstan çempionatında "Olimpiakos" və AEK-lə görüşlərdə uğurlu nəticə, "Qarabağ"la iki oyunda isə 6 xal toplamağı komandanın qarşısına hədəf qoyub.
Qeyd edək ki, Avropa Liqasının III turu çərçivəsində oktyabrın 20-də "Qarabağ"ın qonağı olacaq PAOK noyabrın 3-də Ağdam təmsilçisini qəbul edəcək.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















