Nigeriya futbolunda faciə baş verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, yerli "Şutinq Starz" klubunun futbolçusu İzu Jozef qətlə yetirilib.
Nigeriya çempionatında mövsüm başa çatdığından, 22 yaşlı mərkəz müdafiəçisi istirahət etmək üçün doğma şəhəri Okakiyə gedib. Lakin yerli bazarda baş verən qarşıdurma onun həlak olması ilə nəticələnib.
Klubun baş meneceri Raşid Baloqu ölümün dəqiq səbəbini hələ bilmədiklərini söyləyib: "Biz futbolçunun ölüm səbəbi ilə bağlı fərqli mesajlar alırıq. Hazırkı məqamda belə qənaətə gəlmək olar ki, təsadüfi açılan atəş zamanı güllə Jozefə tuş gəlib".
Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik isə futbolçulara xəbərdarlıq edib: "Bütün oyunçular ünsiyyət qurduqları insanlarla və getdikləri yerlərlə bağlı diqqətli olmalıdılar. Əvvəl-axır hamımız öləcəyik. Ancaq biz İzu Jozefin başına gələnlərlə digər futbolçuların üzləşməsini istəmirik".
Qeyd edək ki, "Şutinq Starz" klubu Nigeriya Premyer Liqasını 47 xalla 15-ci pillədə başa vurub.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















