Baş məşqçi Fatih Terimlə Arda Turan arasında yaşanan gərginliyin səbəbi mükafat deyil.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən son vaxtlar futbol millisinin ətrafında yaranan qalmaqallar haqda "A Spor" telekanalına açıqlamasında deyib.
"Fatih Terim bizimlə yola davam edib-etməmək haqqında müzakirə apardı. Biz də onun qalmasına, bu yolu birlikdə getməyə qərar verdik. Qarşıda vacib oyunlarımız var.
Arda Turan məsələsinə gəlincə, futbolçunun oynayıb-oynamamasına baş məşqçi qərar verir. Arda 6 ay futbol oynamadı, amma Fatih Terim onu yığmaya çağırdı. Həmin vaxt "Onu niyə heyətə dəvət etdin?" - demədik. İndi çağırmır, biz yenə bu məsələyə qarışmırıq. Terim milli heyəti mənə təqdim edəndə "Xeyirli olsun" deyib, uğur arzuladım", - Dəmirörən bildirib.
Xatırladaq ki, Fatih Terimin məşhir türk futbolçu Arda Turanı milliyə dəvət etməməsi uzun müddətdir müzakirə edilir və ən müxtəlif səbəblər əsas gətirilir.
Mediainfo.az
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir












.jpg)



















.jpg)





















