İngiltərə yığmasının baş məşqçisi Sem Ellerdaysın millidəki fəaliyyəti başa çatıb.
Rüşvət qalmaqalında adı hallanan mütəxəssislə İngiltərə Futbol Assosiasiyası müqaviləni qarşılıqlı şəkildə pozmağa razılaşıb.
İngiltərə yığmasını 4 oyuna Qaret Sautqeyt çıxaracaq. O, Malta, Şotlandiya, Sloveniya və İspaniya ilə görüşlərdə baş məşqçi vəzifəsini icra edəcək. Bu müddətdə assosiasiya yeni çalışdırıcı axtarışını yekunlaşdıracaq. Artıq bu vəzifəyə 2 namizədin adı bəllidi. Bunlar italiyalı Roberto Mançini və fransalı Loran Blandı.
Qeyd edək ki, Ellerdaysı rüşvətxorluqda "The Daily Telegraph" nəşri günahlandırıb. Nəşrin əməkdaşları özlərini asiyalı biznesmen kimi qələmə verərək, Ellerdaysa İngiltərə "transfer bazarı"nda fırıldaqla pul qazanmaq istədiklərini bildiriblər. Məşqçi ilə danışıq kameraların yaddaşına həkk olunub.
61 yaşlı mütəxəssis 518 min dollar qarşılığında onlara kömək etməyə razılıq verib. O, bu yolla İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərə idmançıların iqtisadi hüquqlarına sahib olması ilə bağlı qadağadan yan keçməsinə yardımçı olmalı idi. Görüş zamanı Ellerdays yığmadakı sələfi Roy Hocsonu, həmçinin futbol assosiasiyasını tənqid edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































