Çexiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi oktyabrda keçiriləcək 2 matça dəvət alan futbolçuların siyahısını müəyyənləşdirib.
Yığmanın baş məşqçisi Karel Yarolim heyəti bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Onlar sentyabrın 8-də Almaniya, 11-də Azərbaycanla seçmə oyunlarına 19 futbolçu çağırıb. Mütəxəssis sonradan bu heyətə əlavələrin mümkünlüyünü də istisna etməyib.
Qapıçılar: Tomaş Vaçlik ("Bazel", İsveçrə), Tomaş Kubek ("Slovan"), Yaroslav Drobnı ("Verder", Almaniya);
Müdafiəçilər: Tomaş Sivok ("Bursaspor", Türkiyə), Teodor Gebre Selasse ("Verder", Almaniya), Marek Suşi ("Bazel", İsveçrə), Pavel Kaderabek ("Hoffenhaym", Almaniya), Filip Novak ("Midtyulland", Danimarka);
Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi "Sparta"), Ladislav Kreyçi ("Bolonya", İtaliya), Yiri Skalak ("Brayton", İngiltərə), David Pavelka ("Kasımpaşa", Türkiyə), Tomaş Horava, Milan Petrjela (hər ikisi"Viktoriya"), Yan Sikora ("Slovan");
Hücumçular: Matey Vidra ("Derbi", İngiltərə), Patrik Şik ("Sampdoriya", İtaliya), Vatslav Kadlets ("Sparta").
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































